ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya Administrasiyası (EIA) Azərbaycanda gündəlik neft hasilatı üzrə 2027-ci il üçün proqnozunu sutkada 520 min barel səviyyəsində saxlayıb.


Moderator.az xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.






Yenilənmiş rəqəmlərə əsasən, 2027-ci ilin birinci rübündə hasilat 530 min b/s təşkil edəcək.


2027-ci ilin ikinci və üçüncü rüblərinin hər birində hasilat sutkada 520 min barel təşkil edəcək.


Dördüncü rübdə EIA orta gündəlik hasilatın 510 min barel səviyyəsində olacağını gözləyir.