Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı idmançıların yarışlarda iştirakına qoyulan məhdudiyyətləri ləğv edib.


Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə BOK-un bəyanatında bildirilir.






Bundan əlavə, BOK Rusiya Olimpiya Komitəsinin (ROK) üzvlüyünü müvəqqəti olaraq bərpa edib.


"BOK-un İcraiyyə Komitəsi ROK-un 12 oktyabr 2023-cü il tarixdən qüvvədə olan fəaliyyətinin dayandırılması barədə qərarını müvəqqəti olaraq ləğv edib", - deyə qurumun bəyanatında qeyd olunub.