ABŞ dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 310 milyon dollardan çox məbləğdə yardım təqdim edib.
Moderator.az "VOZ" portalına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesueladakı müvəqqəti işlər vəkili Con Barret brifinqdə jurnalistlərə bildirib.
"İndiyədək ABŞ-nin humanitar yardımı 310 milyon dolları keçib. Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətlə paylanması ilə bağlı ABŞ-nin xahişlərini tam şəkildə yerinə yetirir", - o qeyd edib.
İyunun sonunda Dövlət Departamenti bildirib ki, ABŞ administrasiyası zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 150 milyon dollar ayırmağı planlaşdırır.