DÇ-2026-nın 1/8 final mərhələsinin son görüşü baş tutub.
 




Moderator.az xəbər verir ki, Kolumbiya millisi İsveçrə ilə üz-üzə gəlib.
 
Oyun Bakı vaxtilə saat 00:00-da start götürüb.
 
90 dəqiqə ərzində hesab açılmayıb və görüş əlavə vaxta gedib.
 
Əlavə vaxtda da hesab dəyişməyib: 0:0.
 
Matçın taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
 
Penaltilər seriyasında daha dəqiq oynayan İsveçrə millisi adını növbəti mərhələyə yazdırıb: 4:3.
 
Avropalılar 1/4 finalda Argentina ilə üz-üzə gələcək.