Gəncədə gənc qızın meyiti aşkarlanıb.
 




Moderator.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
 
Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.
 
Hazırda gənc qızın ölüm səbəbi və hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 
Faktla əlaqədar Gəncə Şəhər Prokurorluğunda müvafiq iş başladılıb.