Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə təkbətək görüşü başa çatıb.
 




12:15
 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüş keçirir.
 
Bu barədə Moderator.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
 
12:10
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qarşılayıb.
 
Bu barədə Moderator.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
 
Bildirilib ki, bu səfər ölkələrimiz arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlığı, eləcə də ikitərəfli əməkdaşlığın geniş sahələr üzrə daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi əks etdirir.