Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.
 




Moderator.az xəbər verir ki, o, finalda türkiyəli Ali Can Özcana uduzub.
 
O, 1/8 finalda rusiyalı Timur Baitimirov, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonovu məğlub edib.
 
Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.