ABŞ Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verə bilər.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə söhbəti zamanı bildirib.






Tramp ABŞ istehsalı olan raketlərin tədarükündəki gecikmələr barədə danışarkən qeyd edib ki, tərəflər onların bilavasitə Ukrayna tərəfindən istehsalı imkanını müzakirə etmək niyyətindədirlər.


"Müzakirə etməyə hazırlaşdığımız məsələlərdən biri sizə "Patriot" raketlərinin istehsalı üçün lisenziyanın verilməsidir. Bu, olduqca maraqlıdır, elə deyilmi?", - ABŞ Prezidenti deyib.


Trampın sözlərinə görə, belə bir addım Kiyevə zəruri sursatların istehsalını müstəqil şəkildə artırmağa imkan verəcək.


"Onda siz şikayət edə bilməyəcəksiniz ki, biz onları kifayət qədər tədarük etmirik. Mən deyəcəyəm: özünüz istehsal edin", - o əlavə edib.