Rusiya Silahlı Qüvvələrinin Xarkovun Nemışlyanski rayonunda beşmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Qeyd edilib ki, xəsarət alanlar arasında uşaqlar da var.
İlkin məlumatlara görə, zərbə endirmək üçün Rusiya hərbçiləri S8000 "Banderol" dron-raketindən istifadə ediblər.