Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.


Moderator.az-ın məlumatına görə, aparılan axtarışlar nəticəsində Katex çayında sel sularının gətirdiyi ağac kötüklərini yığan zaman suyun apardığı 43 yaşlı Aslan Rzayevin meyiti Katex kənd 2 saylı məktəbin arxasından keçən çaydan tapılaraq aidiyyəti üzrə təhvil verilib.








Faktla bağlı araşdırma aparılır.


16:30


Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.


Moderator.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.


Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.


Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.