Cəlilabad rayonunda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.
 




Moderator.az Oxu.az-a istiandla xəbər verir ki, hadisə şəhər ərazisində - Heydər Əliyev prospektində qeydə alınıb.
 
Sürücünün idarəetməsi səbəbindən hərəkətdə olan mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
 
İlkin informasiyaya görə, mikroavtobus fəhlələri daşıyırmış. Qəza axşam saatlarında işçilər sahədən evə aparılarkən baş verib.
 
Faktla bağlı araşdırma aparılır.