İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi müxalif Ana Ermənistan Partiyasının üzvü Areqnaz Manukyanı iki ay müddətinə həbs edib.


Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Tirayr Karapetyan bildirib.






"Məhkəmə ittiham tərəfinin vəsatətini tam təmin etdi və Manukyan barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar verdi", - deyə hüquqşünas bəyan edib.