İranın Künarək, Buşəhr və Çoqadaq şəhərlərində bir neçə partlayış baş verib.


Moderator.az bu barədə "Mehr" agentliyinə istinadən xəbər verir.






Məlumata əsasən, ölkənin cənub-şərqində yerləşən Künarək liman şəhərində üç partlayış səsi eşidilib. Daha iki partlayış isə İranın cənub-qərbindəki Buşəhr ətrafında və onun yaxınlığındakı Çoqadaq şəhərində baş verib.


Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.