İsrailin Baş nazirlik ofisi bildirib ki, müntəzəm əlaqə saxlayan Benyamin Netanyahu və Donald Tramp bu axşam yenidən söhbət ediblər.
 




Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
 
Ofisin məlumatına görə, Tramp Netanyahuya ABŞ-ın Fars körfəzindəki İranın gəmiçiliklə bağlı təhdidləri ilə bağlı son hərəkətləri barədə məlumat verib.
 
Netanyahu da öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və hökumət rəsmilərinin İsrailin mövcudluq hüququnu şübhə altına alan açıqlamalarının ciddiliyini bildirib.
 
Söhbət zamanı İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılması zərurəti də müzakirə edilib.
 
S.Laçın