Kəlbəcərdə mina partlayışı qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, hadisə Kəlbəcər və Laçın rayonlarının sərhədində yerləşən yaylaq ərazisində baş verib. 
 
İlkin məlumata görə, üç baş xırda buynuzlu heyvana ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
 
Qeyd edək ki, sözügedən ərazidə bundan əvvəl də mina partlayışı halları qeydə alınıb.