Naftalan şəhərində cari ilin son 6 ayı ərzində  22 min nəfərə yaxın turist səfər edib ki, onlardan 9 min nəfəri xarici ölkələrdən gələn turistlər olub.
 




Moderator.az xəbər verir ki, turistlər əsasən müalicə və istirahət üçün gələnlərdir. 
 
Qeyd edək ki, 2025-ci il ərzində Naftalan şəhərinə 44 mindən çox turist səfər edib ki, bunlardan 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır.