Bakıda yarımstansiya qarət edildi, 10 min manatlıq avadanlıq oğurlandı - ANBAAN VİDEO
10 Jul 2026, 15:56 29 baxış 1 dəq oxuma
Paytaxtın Xətai rayonunda yerləşən elektrik yarımstansiyalarından birində oğurluq edilib.
Moderator.az-ın məlumatına görə, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.