Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Venesuelada baş vermiş zəlzələdən zərərçəkənlərə bir milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.
Moderator.az xəbər verir ki, bu barədə ali futbol təşkilatının mətbuat xidməti məlumat yayıb.
"Venesuela xalqı bu son dərəcə çətin dövrdə qlobal futbol ailəsinin hərtərəfli dəstəyinə arxalana bilər. Futbol, xüsusən də böhranlı vəziyyətlərdə insanları həmrəy etmək və onlara ümid aşılamaq kimi bənzərsiz bir qabiliyyətə malikdir", - deyə FIFA prezidenti Canni İnfantino vurğulayıb.