ABŞ və İran arasında danışıqların yeni raundu növbəti həftə gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.
Görüşün keçiriləcəyi yer İsveçrə ola bilər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla qarşılıqlı anlaşma memorandumunun artıq qüvvədə olmadığını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-nin İran obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranla sonrakı danışıqların heç bir mənası yoxdur.
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu iyunun 17-də imzalanmışdı. Sənəd hərbi əməliyyatların dayandırılmasını və uzunmüddətli sülh sazişinə nail olmaq üçün 60 gün ərzində danışıqların aparılmasını nəzərdə tuturdu.