İspaniyanın cənub-şərqində baş verən güclü meşə yanğını nəticəsində azı 12 nəfər ölüb, 23 nəfər isə itkin düşüb.


Moderator.az BBC-yə istinadla xəbər verir ki,Almeriya əyalətinin Bedar və Los Gallardos bölgələrində yüzlərlə yanğınsöndürən alovun qarşısını almağa çalışır.






Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.


40 dərəcəyə çatan isti hava, quraqlıq və güclü külək yanğının sürətlə yayılmasına səbəb olub. Yanğının elektrik xəttinin qırılması nəticəsində baş verdiyi ehtimal edilsə də, bu iddia hələ təsdiqlənməyib.