Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.
Moderator.az xəbər verir ki, hadisə iyulun 10-da rayonun Ninalov kəndinin ərazisində baş verib.
Məlumata görə, kənd sakini Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və hadisə yerində ölüb. /Lent.az/