Bakı-Sumqayıt yolunun Abşeron rayonu Xırdalan şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.





 
Moderator.az xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusuna çırpılıb. Hadisə yolun Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısından keçən hissəsində qeydə alınıb.
 
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb.