"Güclü Ermənistan" partiyasının üzvləri Masisin Nizami və Sis icmalarının yaşayış məntəqələrini ziyarət ediblər.
 




Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.
 
Partiya şurasının üzvü Narek Karapetyan vurğulayıb ki, seçkiqabağı kampaniya zamanı vəd etdiyi kimi, partiya bu yaşayış məntəqələrində bir sıra proqramlar həyata keçirmək niyyətindədir.
 
"Həmçinin həmvətənlərimizdən Milli Assambleyada və digər dövlət qurumlarında qaldırmağımızı istədikləri problemləri səsləndirmələrini xahiş etdik. Bir çox suallar ortaya çıxdı. "Biz hamısını həll etdik və onların həlli üzərində işləyəcəyik", - deyə Karapetyan bildirib.

S.Laçın