Türkiyə S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə verilməsinə razılıq almaq üçün Moskvaya müraciət edib.


Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.






Məlumata görə, Ankara bu addımla ABŞ-nin beşinci nəsil F-35 qırıcılarını almaq yolundakı əsas maneəni aradan qaldırmağa çalışır.


Türkiyə rəsmilərinin bildirdiyinə görə, məsələ ilə bağlı danışıqlar son həftələr ərzində aparılıb. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 komplekslərinin Rusiyaya qaytarılmasını təklif etsə də, bu təşəbbüs davam etdirilməyib.


Ankara hesab edir ki, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə ötürülməsi ABŞ-nin etirazlarını aradan qaldıra və Türkiyənin S-400-ləri aldığına görə çıxarıldığı F-35 proqramına qayıtmasına imkan yarada bilər.


Moskva və Ankara hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.