İran qəzeti qisas alınacağı iddia edilən liderlərin siyahısını dərc etdi...
11 Jul 2026, 19:59 30 baxış 1 dəq oxuma
İranın "Həmşəhri" qəzetində bir sıra dünya liderləri və rəsmi şəxslər narıncı məhbus geyimində təsvir olunub, bəzilərinin alnında hədəf nişangahı və ətrafda güllə izləri var. Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
Siyahıda Benyamin Netanyahu, Donald Tramp, Marko Rubio, Pit Hegset, Bred Kuper, İsrail Kats, Gideon Saar, Ciorcia Meloni, Kir Starmer, Emmanuel Makron, Fridrix Merz və digərlərinin adı qeyd olunub.