2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb.


Moderator.az xəbər verir ki, mərhələnin son qarşılaşmasında Argentina və İsveçrə milliləri üz-üzə gəliblər.






 


Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürüb.


 


Oyunda hesabı Argentina millisi açıb. 10-cu dəqiqədə Aleksis Mak Alister cənubi amerikalıları önə keçirib: 1:0.


 


67-ci dəqiqədə İsveçrə tarazlığı bərpa edib. Avropalıların heyətində Ndoye fərqlənib 1:1.


 


90 dəqiqə ərzində başqa qol vurulmayıb və matç əlavə vaxta gedib.


 


112-ci dəqiqədə Xulian Alvarez möhtəşəm zərbəylə Argentinanı hesabda önə keçirib: 2:1.


 


121-ci dəqiqədə Lautaro Martinez hesabı 3:1 edib.


 


Görüş bu hesabla başa çatıb və Argentina millisi adını yarımfinala yazdırıb.


Qeyd edək ki, Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.


DÇ-2026


1/4 final


12 iyul


05:00. Argentina – İsveçrə 3:1


Qol: Mak Alister, 10, Ndoye, 67, Alvarez, 112, L. Martinez, 121


Qırmızı vərəqə: Embolo, 72