Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.


Moderator.az-ın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.






"CENTCOM bu həftə İrana üçüncü zərbələr seriyasını tamamladı", - paylaşımda deyilir.


Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.


Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.