"Kasıb ailədə anadan olan Ağa Musa Nağıyev özü də elə 3-5 qəpiyə palan daşıyarmış. Zəhməti, əməyi hesabına pul yığıb, Balaxanıda neft nisbətən asan olan yerdə sahə alıb, neft quyusu qazdırır. Neft milyonçusu Ağa Musa Nağıyev 11 milyonçudan 1-cisi olub. Həm varidatına görə, həm də 98 bina tikdirdiyinə görə. Onun binalarında emblemlər dərc olunurdu. Bunlar daş emblemlər idi, deməli hambal xələsi və onun kənarlarında sümbül çələngləri. Üstündə də "MN" hərfləri yazılırdı. O atasının saman satdığını, özünün hambal olduğunu heç vaxt unutmayıb. Çünki Ağa Musanı o, bu çağırtdırıb yük daşıtdırıb. Ağa Musa 11 yaşında 16 kq hambal şələsini qaldırmaqdan imtina etməyib. Çünki ailəyə kömək etmək lazım idi. Ailədə bundan başqa 4 qardaş da böyüyürdü. 18 yaşına çatanda sən demə Ağa Musa əlavə 3 qəpikliklər yığıb, torpaq sahəsi alıb, su quyusu qazdırıb ki, əkinçiliklə məşğul olsun. Bəxti gətirib ki, orada neft fontan vurub. Sonra o nefti əvvəlcə vedrə ilə satıb, görüb ki, bu gözəl biznesdir"
Bunu Moderator.az-a açıqlamasında xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva deyib.
O babasından danışaraq atasını da yad edib:
"Ağa Musa Nağıyevin həyat yoldaşı Səlma xanım olub. Çox gözəl həyat qurublar. 2 övladları olub, ilk övladı Ümbülbanu dünyaya gəlib. 1906-cı ildə İsmayıl dünyasını dəyişir. O vaxtı qardaşı Ağəli, yəni mənim babam, deyir ki, "4 övladım var, hansını istəyirsən götür, sənə oğul əvəzi olsun". Çünki Ağa Musa həm Ümbülbanunu, həm də İsmayılı itirir. Fərəci Ağa Musa, Ağaəli qardaşından 2 aylıq olanda, İsmayılın ölümündən sonra oğulluğa götürüb. 1 yaşına çatanda onun adını dəyişib Fərəc qoyur. Fərəc də dərin məna daşıyır, yəni kədərdən sonra gələn sevinc. Ona İsmayılın kədərini Fərəc unutdurur. Atam Ağa Musa Nağıyevin sağlığında da teatrla, incəsənətlə maraqlanıb. Ona deyiblər ki, "Ağa Musa, sənin pulların teatra gedir". O da deyib ki, "nə olursa olsun, mən də hambal olmuşam". Atam 200 satirik şeir, intermediyalar yazıb. Ən əsası isə uşaqlıqdan onu Qaravəlli maraqlandırırdı. Qaravəlli haqqında 70 səhifəlik senari qurur. O Qubada, Sabirabadda, Dərbənddə, Aşqabadda teatrların yaradıcısı olmaqla yanaşı, direktor və rejissor vəzifələrini də icra edib. Novruz bayramlarında oynanılan Qaravəlli tamaşaları atamın yazdıqlarıdır" deyə o bildirib.
Nəvəsi Ağa Musa Nağıyevin tikdirdiyi binalardan da danışıb:
"Quranda bir ayə var ki, çox tikən çox yaşayır. Ona görə də Ağa Musa qarşısına 100 bina tikdirməyi məqsəd qoyur. 70 yaşında artıq onun 98 binası var idi. Taleyin işinə bax ki, 70 yaşında da vəfat edir. İsmayıl sağ ikən "İsmailiyə" binasının layihəsini ölkəyə gətirir. Bu binanın analoqu İsveçrə şəhərindədir. O əhd etmişdi ki, İsmayıl yaxşı olanda onun üçün belə bir saray tikdirsin. Tapdığım 98 binadan 81-ni kataloqda siyahıya salmışam. 41-də universitetlər, idarələr, nazirliklər, xəstəxanalar yerləşir" deyə o bildirib.