Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Moderator.az DİM-ə istinadən xəbər verir ki, imtahan bu gün kompüterlər vasitəsilə elektron formada təşkil olunub.
Bildirilib ki, namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri, həmçinin DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.
Nəticələrlə bağlı apellyasiya müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası iyulun 13-15-i saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Komissiyanın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.