Moskvadan İrəvana yeni avtobus marşrutu açılıb.
 




Moderator.az xəbər verir ki, "İnterfaks"ın Moskva Nəqliyyat Departamentinə istinadla yaydığı məlumata görə, reyslər həftədə bir dəfə, cümə axşamı günləri Krasnoqvardeyski beynəlxalq avtovağzalından həyata keçiriləcək.
 
Moskva merinin müavini, nəqliyyat üzrə müavin Maksim Liksutov qeyd edib ki, yeni beynəlxalq marşrutun istifadəyə verilməsi Moskva Metro Stansiyasının İnkişaf Xidməti ilə daşıyıcılar arasında birgə işin nəticəsidir. Hazırda Moskva avtovağzallarından 170-dən çox şəhərlərarası və beynəlxalq marşrut mövcuddur və Krasnoqvardeyski Rusiya paytaxtının cənubundakı ən böyük nəqliyyat mərkəzlərindən biridir.
 
S.Laçın