Gəncədə kütləvi qida zəhərlənməsi: Azyaşlılar da xəstəxanaya yerləşdirilib
12 Jul 2026, 18:57 14 baxış 1 dəq oxuma
Gəncədə kütləvi qida zəhərlənməsi baş verib.
İlkin məlumata görə, təxminən 10 nəfər qida zəhərlənməsi diaqnozu ilə şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib. Zəhərlənənlər arasında azyaşlı uşaqların da olduğu bildirilir.
Moderator.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən şəxslərin ilkin siyahısı aşağıdakı kimidir:
Nuriyə Rüstəmova (1962)
Amin Teymurlu (1986)
İ. Məmmədov (2017)
Z. Hüseynova (2015)
U. İsayev (2020)
Bənövşə Əliyeva (1963)
Sevil Hüseynova (1987)
Mahirə İsmayılova (1983)
Hadisənin hansı qidadan qaynaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.