Şəmkirdə qadını elektrik cərəyanı vurub.
 




Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.
 
Belə ki, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib.
 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.