Bakıda partlayış baş verib.
 




Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
 
Ərazidə yerləşən yaşayış binasının birinci mərtəbəsindəki obyektlərdən birində qəfil partlayış olub.
 
Hadisə nəticəsində yaralıların olduğu deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili tibbi yardım briqadaları cəlb olunublar.