Azərbaycan Prezidenti: "Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır"
13 Jul 2026, 11:44 36 baxış 1 dəq oxuma
"Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq".
Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmşinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır.