Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir
13 Jul 2026, 11:40 34 baxış 1 dəq oxuma
Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i ratifikasiya edib.
Moderator.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar sessiyasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi bir oxunuşda qəbul olunub.