Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.
Odessada avtobus parkı yanıb, yaralananlar var
Səhər saatlarında Rusiya ordusu Odessanın nəqliyyat infrastrukturuna raket və dronlarla kombinə edilmiş hücum həyata keçirib. Zərbə nəticəsində avtobus parkında güclü yanğın baş verib, altı avtobus tamamilə yanıb, daha 11 avtobus və 6 minik avtomobili zədələnib. Həmçinin dörd fərdi evə ziyan dəyib.
Son məlumata görə, hücum zamanı azı altı nəfər xəsarət alıb. Yaralananlar arasında 5 yaşlı qız da var. Zərərçəkənlərdən bəzisi avtobus parkında, digərləri isə sanatoriyanın ərazisində olarkən xəsarət alıblar.
Moskva üzərində dronlar vurulub, neft bazasında yanğın
Eyni gecə Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın bir neçə bölgəsinə zərbələr endirib. Stavropol diyarında sənaye zonasında yerləşən neft bazasında yanğın baş verib. Yerli hakimiyyət orqanları hadisə yerində yanğınsöndürənlərin işlədiyini bildirib.
Bununla yanaşı, Moskva və ətrafı da saatlarla davam edən dron hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin 80-dən çox pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Dron qalıqlarının düşməsi nəticəsində Moskva vilayətinin bəzi yaşayış məntəqələrində yaşayış evlərinə ziyan dəydiyi bildirilir.