Papua-Yeni Qvineyada 6.4 maqnitudalı zəlzələ baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanların episentri Lorenqau şəhərindən 191 kilometr cənub-şərq istiqamətində yerləşib.
 
Yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə baş verib.
 
İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.