"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov I Liqa təmsilçisi "Səbail"lə anlaşıb.
 




Moderator.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı müdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, Fuad Bayramov 2024-cü ildən "Zirə"nin formasını geyinib. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.