ABŞ-li respublikaçı senator Lindsi Qremin qəfil ölümü ABŞ-də və xaricdə geniş rezonans doğurub. 




 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Məhkəmə-tibb ekspertlərinin ilkin rəyinə görə, senatorun ölümünə ateroskleroz fonunda yaranmış aorta laylanması səbəb olub. Bununla belə, toksikoloji və mikroskopik müayinələr başa çatmadığı üçün yekun nəticə hələ açıqlanmayıb.
 
Son dəqiqələr və ilkin ekspertiza

ABŞ mediasının yaydığı məlumata görə, Qrem şənbə axşamı evində sinəsində şiddətli ağrılar hiss edib. Təcili yardım çağırılsa da, xilasedicilər qapının bağlı olması səbəbindən evə dərhal daxil ola bilməyiblər. Daha sonra senatora reanimasiya tədbirləri göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ekspertiza ölüm səbəbi kimi aortanın laylanmasını göstərir. Bununla belə, rəsmi qurumlar yekun qərarın yalnız əlavə laborator müayinələrdən sonra veriləcəyini bildirirlər.
 
Müxtəlif fərziyyələr ortaya atılır
 
Qremin qəfil ölümü sosial şəbəkələrdə və siyasi dairələrdə çoxsaylı fərziyyələrin yayılmasına səbəb olub. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "rus izi" versiyasının diqqətlə araşdırılmasına çağırıb. Buna cavab olaraq rusiyalı filosof Aleksandr Duqin isə əksinə, hadisənin arxasında İsrailin "Mossad" kəşfiyyatının dayana biləcəyini iddia edib. Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu da bu versiyanı öz informasiya resurslarında yayıb. Lakin bu iddiaların heç biri rəsmi sübutlarla təsdiqlənməyib.
 
Rusiya mediasında istehza dalğası
 
Qremin ölümü Rusiyanın dövlət mediası və Kremlə yaxın informasiya resurslarında istehzalı və təhqiramiz şəkildə işıqlandırılıb. Aparıcı Vladimir Solovyov və digər təbliğatçılar senatorun ölümünü alqışlayan açıqlamalar verib, müxtəlif əsassız konspirasiya nəzəriyyələri səsləndiriblər. Hazırda ABŞ rəsmiləri bildirir ki, istintaq davam edir və ölümün dəqiq səbəbi yalnız bütün tibbi ekspertizalar başa çatdıqdan sonra rəsmən elan ediləcək.