“IV Şuşa Qlobal Media Forumu" müqəddəs tədbirdir, çünki bu Forumda Azərbaycan həqiqətlərindən bəhs edilir, bəşəriyyətdə sülhün və təhlükəsizliyin bərqərar olması yolları müzakirə olunur”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Forum dünyanın ən böyük media qurumlarına, eləcə də yüzlərlə əcnəbi jurnalistə Azərbaycanla bağlı həqiqətlərlə yerindəcə tanış olmaq imkanı verir:
“IV Şuşa Qlobal Media Forumu"nun bizim üçün ən önəmli xüsusiyyətlərindən biri tədbirdə iştirak edən çoxsaylı media qurumları, habelə jurnalistləri Azərbaycan həqiqətləri ilə yerindəcə tanış olmaq, bu həqiqətləri bilavasitə müşahidə etmək imkanı qazandırmasıdır.
Bildiyiniz kimi, ölkəmiz 44 günlük Vətən müharibəsi zamanı, eləcə də post-müharibə dövründə yalan məlumatlarla üzləşdi, feyk məlumatlarla mübarizə aparmaq məcburiyyəti qarşısında qaldı. Hazırkı Forumu əhəmiyyətli edən nüanslardan biri də feyk informasiyalara qarşı mübarizə probleminin müzakirəsi, bu cür yalanlara qarşı effektiv mübarizənin gündəmə gətirilməsidir. Forumda iştirak edən hər bir əcnəbi jurnalist Azərbaycan həqiqətləri ilə tanış olduqca, işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük qurucluq işlərinə şahidik etdikcə anlayacaq ki, Azərbaycan haqqında irəli sürülən böhtan və yalanların heç bir əsası yoxdur”.
Professor qeyd edib ki, Forumda Prezident İlham Əliyevin çıxışı bütün dünyada böyük maraqla qarşılanmaqdadır:
“Prezident İlham Əliyev “IV Şuşa Qlobal Media Forumu”nda çıxış edərək ən müxtəlif məsələlərlə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu, cəsarətli fikirlər səsləndirdi. Azərbaycanın dövlət başçısı öz çıxşı ilə bir daha sübut etdi ki, ölkəmiz ədalət və həqiqətin yanındadır və bundan sonra da belə olacaq.
Bundan başqa, Müzəffər Ali Baş Komadan məzlum, əzilən xalqlarla da həmrəylik nümayiş etdirdi, imperialist dövlətlərin zülmünə məruz qalan bu xalqların azad edilməsinin vacibliyini vurğuladı. Dövlət başçısı onu da qeyd etdi ki, artıq Azərbaycan bütün dünyada “orta güc” dövləti kimi tanınır və bu yanaşma tamamilə məntiqlidir.
Hesab edirəm ki, Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışı Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təntənəsidir və bu çıxışda yer alan fikirlər öz nəcibliyi, ədalətliliyi, huamnizmi ilə dünya liderlərinə örnək ola bilər”.
Seymur ƏLİYEV