⁠IRTC (tövsiyə olunan beynəlxalq tranzit dəhlizi - red.) zonasında hərəkət edən tanker Ədənin (Yəmən) 50 dəniz mili cənubunda insident barədə məlumat verib.


Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Yükdaşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.






"Yəmənin Ədən şəhərinin cənubundan tankerə altı kiçik gəmi yaxınlaşıb və xəbərdarlıq atəşi açıb. Hücum Ədən sahillərindən 50 dəniz mili aralıda baş verib. Hakimiyyət orqanları insidenti araşdırır. Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur", - məlumatda qeyd olunub.