Suriyanın Deyr-əz-Zor əyalətinin şərq hissəsində Fərat çayında bərənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.


Moderator.az xəbər verir ki, bu barədə "Sana" agentliyi Suriyanın Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.






Qurumdan bildirilib ki, qurbanlar üç uşaq və bir gənc olub.


Bundan əlavə, xilasedicilərdən biri Fərat çayındakı güclü axın səbəbindən əməliyyat zamanı xəsarət alıb.


Hadisə ötən gün baş verib. Bərənin göyərtəsində 35-dən çox sərnişin olub.