Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Sabah” səfərdə Uels çempionu TNS ilə qarşılaşacaq.


Moderator.az xəbər verir ki, Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.






Qarşılaşmanı İspaniyadan olan baş hakim Mateo Buskets Ferrer idarə edəcək.


Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.


Bu cütün qalibi II təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

14 iyul


21:30. TNS (Uels) – Sabah (Azərbaycan)

Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)

Stadion: “Park Hall” (Osvestri).