Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az Avtosfer.az-a istinadla bildirir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb.
 
İşıqforun bərpasınadək həmin ərazidə hərəkət iştirakçılarının daha diqqətli olmaları tövsiyə edilir.