“Addım-addım Vətəndə” elə bir layihədir ki.. Necə ki, şam öz dibinə işıq salmır, bu da eynilə onun kimidir.. Biz indi o layihənin, bütün ölkə üzrə təkbaşına teatrın etdiyi bu fədakarlığın dəyərini bilməyə bilərik. Zaman gələcək, teatrın tarixindəki səhifələrdə qızıl hərflərlə yazılmış bir layihə olacaq. Məsələ ondadır ki, biz burada bir layihədə bir neçə işi paralel görmüşük. Həm qələbəmizin 5 illiyini qeyd etmişik, həm bölgədə olan teatrlarımızla yaradıcılıq mübadiləsinə girmişik, həm də ekspromt olaraq birbaşa, məşq etmədən, telefon üzərindən proqramlarımızı qurub tamaşaçıların gözü qarşısında iki teatr olaraq səhnəni bölüşmüşük. Getdiyimiz bölgə teatrı və Bakı Uşaq və Gənclər Teatrı. Ona görə də bu çoxşaxəli bir layihə idi”
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan deyib.
O daha sonra əlavə edib:
“Biz Mingəçevirdən başqa bütün bölgə teatrlarında olduq. Bilirsiniz ki, kollektivimizdə yaşlarının az olmasına baxmayaraq tanınmış və sevilən aktyorlar fəaliyyət göstərir. Onların əksəriyyətini serial və filmlərdən tanıyırsız. İnanın ki, bizim aktyorlarımız səhnəyə çıxanda zaldan çox qəribə səs dalğası keçirdi. Bölgə tamaşaçıları o aktyorları qarşılarında görüb özlərini o qədər xoşbəxt hiss edirdilər ki.. Onlarla şəkil çəkdirirdilər, açıq qapı təşkil olunurdu, istər uşaq, istər böyüklər üçün tamaşalar göstərirdik. Bilirsiniz ki, bu layihəni qələbəmizin 5 illiyinə həsr etmişik. Hələ ki, 5 illik noyabr ayının 8-nə qədər davam edir. Sentyabr ayının sonlarına yaxın düşünürəm ki, buna yekun vuracağıq. Planımızda bu layihəyə birbaşa Xankəndində yekun vurmaq var. Bilirsiz ki, Xankəndi bizim son məqsədlərimizdən biri idi. Bu layihəyə də Xankəndində yekun vuracağıq. Bu da artıq sentyabr ayında, yeni teatr mövsümündə baş tutacaq” deyə o bildirib.