Bakıda OPEC+ ölkələrinin Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir.
 




Moderator.az xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrin rəsmiləri iştirak edirlər.
 
Tədbir çərçivəsində OPEC+ katibliyinin təqdimatı baş tutacaq, komitəyə sədr seçiləcək.
 
Habelə, 2027-ci ildən sonrakı dövr üçün fəaliyyətləri, proqramları və iclasları üzrə Texniki Komitənin İş Planının layihəsi qəbul olunacaq.
 
Daha sonra tədbir müzakirələrlə davam olunacaq.