Azərbaycan boksçuları Almaniyadakı beynəlxalq turnirdə altı medal qazanıblar
15 Jul 2026, 13:39 9 baxış 1 dəq oxuma
Azərbaycan təmsilçiləri Almaniyanın Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında keçirilmiş beynəlxalq turnirdə altı medal qazanıblar.
Bu barədə Moderator.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
U-19 komandanın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Sübhan Babayev (60 kq) gümüş, Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) bürünc mükafata sahib olublar.