Praqa yaxınlığında avtobuslar toqquşdu: Xəsarət alanlardan birini helikopterlə apardılar - FOTO
15 Jul 2026, 14:42 9 baxış 1 dəq oxuma
Çexiyanın paytaxtı Praqanın yaxınlığında yerləşən Liditse qəsəbəsində iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
Bu barədə CTK informasiya agentliyi məlumat yayıb.
Zərərçəkənlərdən biri orta ağır dərəcəli xəsarət alıb - o, tibbi xidmətin helikopteri ilə Praqadakı xəstəxanalardan birinə çatdırılıb. Agentliyin məlumatına görə, qəza yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) baş verib. Polis hadisə yerində avtomobillərin hərəkətini dayandırıb və qəzanın səbəblərini araşdırır.
Mərkəzi Çexiya regionunun yanğın-xilasetmə xidmətinin hadisə yerindən yayımladığı fotodan göründüyü kimi, toqquşma zamanı avtobuslardan birinin ön hissəsi, demək olar ki, tamamilə dağılıb. /oxu.az/