Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.


Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.






Vildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.


"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.



Samuxda zəhərlənmə hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.


15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.