"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsində olan "Aztelekom" MMC-nin baş direktoru və "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri xüsusi dövlət rabitəsi ilə təmin olunacaqlar.
Moderator.az xəbər verir ki, bununla əlaqədar "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib.